• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı, Sumqayıt, Lənkəran, Gəncə və Abşerona giriş-çıxışı necə olacaq? -RƏSMİ

Bakı, Sumqayıt, Lənkəran, Gəncə və Abşerona giriş-çıxışı necə olacaq? -RƏSMİ
29.05.2020 04:02
"icaze.e-gov.az” portalında qeydiyyatdan keçmək sistemi ləğv olunduğu üçün Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərlərinə və Abşeron rayonuna giriş-çıxışın necə olacağı məsələsinə aydınlıq gətirilib.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, Bakı, Sumqayıt, Abşeron, Gəncə və Lənkəranı tərk edərək, digər rayonlara getməli olan dövlət qurumlarının əməkdaşları mütləq qaydada quraşdırılmış polis postlarında işlədiyi dövlət qurumu tərəfindən ona verilmiş ezamiyyə vərəqəsini və digər sənədləri təqdim etməlidir: "Yəni ezamiyyəyə gedirsə, mütləq ezamiyyə vərəqi olmalı və orada hansı məqsədlə getdiyi qeyd edilməlidir”.


Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə bu gündən ölkə ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlər aradan götürülüb. Qərara əsasən, mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə yaşayış yerini SMS icazə ilə, "icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur. Ancaq Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış məhdudiyyəti qüvvədə qalır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol