Tanınmış jurnalistin ailəsində bədbəxt hadisə

Bakıda tanınmış jurnalistin oğlu bədbəxt hadisə nəticəsində vəfat edib.
APA-nın məlumatına görə, Ayaz Nizamioğlunun 3 yaşlı övladı Maqsud ötən gün yaşadığı dördüncü mərtəbədəki mənzilin eyvanından yıxılıb.
Azyaşlı Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, əvvəllər ANS kanalında çalışan A.Nizamioğlu hazırda Azərbaycan Jurnalistlər Şəbəkəsinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun departament rəhbəridir.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























