• $
  • €
  • ₽
  • ₺
  • £

İcra hakimiyyətindən Bərdə sakinlərinin şikayətlərinə cavab

İcra hakimiyyətindən Bərdə sakinlərinin şikayətlərinə cavab
29.05.2020 02:16
Bərdə şəhərində Elçin Əsədov küçəsi, bina 8A-nın yaxınlığındakı ərazidə antisanitar vəziyyət yaranıb.


Oxu.Az xəbər verir ki, bu barədə fotolar sosial şəbəkədə paylaşılıb.


Binanın sakinləri iddia edirlər ki, yaxınlıqdakı restoranların da tullantıları həmin əraziyə atılır. Zibillikdən yayılan üfunət bina sakinlərini narahat edir.


Məsələ ilə bağlı Bərdə Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Fuad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı əraziyə baxış keçirilib:


"Sosial şəbəkədə paylaşılan fotoları görmüşük. Məsələ ilə bağlı əraziyə baxış keçirildi və məlum oldu ki, fotolar yeni deyil. Digər tərəfdən, ərazidəki zibilliklə bağlı sakinlər tərəfindən bizə də müraciətlər daxil olur. Müvafiq qaydada ərazidə zibil qutuları da qoyulub. Lakin zibillərin bina sakinləri deyil, gecə saatlarında ərazidən keçən şəxslər və digər küçələrdə yaşayan vətəndaşlar tərəfindən atıldığı deyilir”.


F.Hacıyev onu da əlavə edib ki, ərazidə yaşayan sakinləri narahat edən problemin həlli istiqamətində tədbirlər görüləcək:


"Ərazidə günlərlə zibil qala bilməz. Hər gün aidiyyəti üzrə ərazidən zibillər təmizlənir. Bu problemin tamamilə aradan qaldırılması üçün əraziyə bina sakinləri, eləcə də icra hakimiyyətinin nümayəndələri tərəfindən nəzarət ediləcək”.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol