Bakı metrosu gün ərzində neçə dəfə dezinfeksiya olunur? - AÇIQLAMA

"Sərnişin sayından asılı olaraq, dezinfeksiya işlərinin sayı artırılır”.
Oxu.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliten” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Xəzər TV”nin efirində yayımlanan "Xəzər Səhər” proqramında qonaq olarkən deyib.
O bildirib ki, metroda dezinfeksiya işləri gündəlik olaraq həyata keçirilir:
"Dezinfeksiya işləri stansiyalarda və qatarlarda fərqli qrafiklə aparılır. Belə ki, metropolitenin bütün stansiyaları gün ərzində üç dəfə dezinfeksiya olunur.
Sərnişin axını və digər tələblərdən asılı olaraq, bu işlər gün ərzində 6-8 dəfəyə qədər artırıla bilir. İnsanların təmas etdiyi bütün oturacaqlar, eskalatorlar tam şəkildə dezinfeksiyaedici məhlullarla yuyulur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























