• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakı Metropoliteni” rəsmisi: “Karantin qaydalarına nəzarət çətinləşib”

“Bakı Metropoliteni” rəsmisi: “Karantin qaydalarına nəzarət çətinləşib”
29.05.2020 06:50
"İlk həftə ərzində sərnişinlərin sayı xeyli az olduğu üçün sosial məsafəni saxlamaq çox rahat idi”.

Oxu.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliten” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Xəzər TV”nin efirində yayımlanan "Xəzər Səhər” proqramında qonaq olarkən deyib.

O bildirib ki, sərnişin sayının artması metropolitendə insanlar arasında sosial məsafənin qorunmasını bir qədər çətinləşdirib:

"Mayın 9-dan metropoliten öz fəaliyyətini bərpa edib. Həmin həftə sərnişinlərin sayı o qədər az idi ki, hətta iki metrdən daha artıq sosial məsafə saxlamaq olurdu. Lakin vətəndaşların yaşayış yerlərini SMS icazə vasitəsilə tərk etmələrinə dair qadağa ləğv olunduqdan sonra metropolitendən istifadə edənlərin sayı artıb.

Bu da təbii olaraq, sərnişinlər arasında karantin qaydalarına nəzarəti bir qədər çətinləşdirir. Ümumilikdə, nisbətən artım müşahidə edilsə də, bu artım metronun normal günlərdə gündəlik sərnişin sayından çox deyil. Çünki bizim sərnişinlərimizin çoxunu tələbələr təşkil edirdi.

Hər halda, sosial məsafənin qorunması və tibbi maskaların taxılması zəruri olaraq qalır. Sərnişinlərin tibbi maskaları çıxarıb ciblərinə qoymamaları, qatarlarda oturacaqlara qoyulan işarələrə əməl etmələri xahiş olunur”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol