• $
  • €
  • ₽
  • ₺
  • £

Ailələri rayonda, özləri Bakıda qalan şəxslər evlərinə qayıda bilərlər? - RƏSMİ

Ailələri rayonda, özləri Bakıda qalan şəxslər evlərinə qayıda bilərlər? - RƏSMİ
29.05.2020 12:15
"Karantinin ilk mərhələsində vətəndaşlara yaşadıqları yerə qayıtmaq üçün vaxt ayrılmışdı, lakin hazırda buna şərait yaratmaq mümkün deyil”.

Oxu.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev "Xəzər TV”yə açıqlamasında bildirib.

K.Əliyev karantin rejiminə görə bəzi vətəndaşların ailələrinin regionlarda, özlərinin isə şəhərlərdə qalmasına, görüşə bilməmələrinə etiraz edən şəxslərin narazılığına cavab verib:

"Karantin rejimi sərtləşdirilməzdən əvvəl vətəndaşlara müraciət olundu. Bu barədə mediada kifayət qədər məlumat paylaşıldı. O zaman icazə verildi ki, hər kəs yaşadığı yerə qayıtsın. Hətta bəzi insanların nikah şəhadətnaməsini göstərməklə həyat yoldaşları yaşayan əraziyə getməsinə icazə verildi.

Həmin dövrdə müraciətlərimizə diqqət edən şəxslər ailələri ilə birlikdə, eləcə də digər vətəndaşlar qeydiyyatda olduqları yaşayış yerlərinə geri qayıtdılar. Görünür, bir qrup şəxs məsələ ilə bağlı ictimaiyyətə verilən məlumatlara laqeyd yanaşıb.

Hazırda bu qaydalara istisna halların tətbiq edilməsi mümkün deyil. Bu, regionlardan şəhərə gəliş-gedişin aktivləşməsinə və yoluxma hallarının artımına səbəb ola bilər. Bu kimi halları nəzərə alaraq, karantin rejimi bitənə qədər ölkədə tətbiq olunan qaydalara əməl olunmalıdır. Nəzərə almaq lazımdır ki, virusla bağlı təhlükə hələ tam olaraq aradan qalxmayıb”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol