• $
  • €
  • ₽
  • ₺
  • £

Siruz Qoçqaninin əməliyyat etməsinə qadağa qoyuldu - Rəsmi

Siruz Qoçqaninin əməliyyat etməsinə qadağa qoyuldu - Rəsmi
28.05.2020 23:27
Qoçqani artıq plastik-cərrahiyə əməliyyatlarına buraxılmır. 

Bu barədə "Yeni Sabah”a "Baku Medical Plaza”nın sözçüsü Aysel xanım məlumat verib: "Qeyd edim ki, bu ilin may ayının 11-də 1996-cı il təvəllüdlü Musazadə Turanə Tofik qızının ölümündən sonra klinikanın rəhbərliyi belə qərara gəldi ki, istintaqın yekun qərarı olana kimi Siruz Qoçqani plastik əməliyyatları dayandırsın. Ancaq onun klinikada fəaliyyətinə xitam verilməyib. Dünyasını dəyişənin ailəsinin klinikadan heç bir şikayəti yoxdu”. 

Qeyd edək ki, məlum hadisədən sonra ötən ilin may ayında "Baku Medical Plaza”da Siruz Qoçqani öz həkim həmkarının da ölümünə səbəb olmuşdu.
 
Liposaksiya əməliyyatı keçirən, özü də Elmi-Tədqiqat Ağciyər İnstitutunda həkim-ginekoloq olan Sona Gürgün Vəliyeva əməliyyatdan sonra dünyasını dəyişmişdi.
 
Turanə Musazadənin ölümündən sonra Sona Gürgünün ailəsinin nümayəndəsi olan Samir Zeynalov Qoçqaninin Azərbaycanda plastik cərrah kimi iş icazəsinin olmaması ilə bağlı Səhiyyə Nazirliyinin verdiyi rəsmi sənəd paylaşdı. 

"Baku Medical Plaza”nın rəsmisi bizimlə söhbətində bu ittihama da cavab verdi. Aysel xanımın sözlərinə görə, Siruz Qoçqaninin plastik cərrah işləməsi üçün onların əlində sənəd var: "Bu barədə yayılan informasiyalar yalandı. Klinikanın rəhbərliyi bu sənəd əsasında Qoçqaniyə işləməyə icazə verib”. 

Xatırladaq ki, Turanı Musazadənin ölümündən sonra Xətai rayon prokurorluğunda faktla bağlı araşdırmalar başlanıb. 

İctimai vəkil Samir Zeynalovun sözlərinə görə isə, Sona Gürgünün ölümü ilə bağlı da Xətai rayon prokurorluğu yekun bir qərar qəbul etməyib. 1 il ərzində eyni həkimin əlində oxşar 2 ölüm hadisəsinin baş verməsi həkim barədə ciddi qərar qəbul etmək üçün əsasdır. Yəqin ki, Xətai rayon prokurorluğunda artıq Qoçqanin törətdiklərinə obyektiv bir münasibət olacaq. Səbəb isə artıq Xətai prokurorluğunda Yusif İldırımzadə kabusu yoxdu, yəni Qoçqanini qoruyan 70 yaşlı qüvvə ömürlük istirahətə evə... 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol