• $
  • €
  • ₽
  • ₺
  • £

Turanənin ailəsi: "Baku Medical Plaza" yalan deyir, biz hələ də şikayətçiyik

Turanənin ailəsi: "Baku Medical Plaza" yalan deyir, biz hələ də şikayətçiyik
28.05.2020 23:27
"Bu gün Baku Medikal Plazanın mətbuat xidməti belə bir açıqlama yayıb ki, guya mərhumə Turanə Musazadənin ailəsi klinikadan şikayətçi deyil. Ailənin səlahiyyətli nümayəndəsi olaraq qeyd etmək istəyirəm ki, bu açıqlama tamamilə absurd və yalandır”.

Bu sözləri Yeniavaz.com-a açıqlamasında ailənin nümayəndəsi Samir Zeynalov deyib. O bildirib ki, əgər klinikada Sirus Qoçqaninin praktiki tibbi əmək fəaliyyəti ilə məşğul olmasına icazənin olduğuna dair sənəd varsa, təqdim etsinlər: "Mərhumənin ailə üzvləri bu gün klinikada olublar. Əməliyyat üçün ödənilmiş pul vəsaitini və ölüm epikirizini təhvil alıblar. Klinikanın direktoru Pərviz Şükürov mərhumənin ailə üzvləri ilə görüşərək onlardan şikayətçi olmamalarını xahiş edib və bildirib ki, klinika dəymiş mənəvi zərəri qarşılamağa çalışacaq. Digər diqqət cəlb edən məqam isə ondan ibarətdir ki, Sirus Qoçqaninin praktiki tibbi əmək fəaliyyəti ilə məşğul olmasına icazənin olduğu qeyd olunur. Xatırladım ki, Sirus Qoçqaninin sertifikasiyadan keçmədiyini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi rəsmi şəkildə təsdiq edib. Əgər klinikada  bu rəsmiyyəti təkzib edəcək başqa bir rəsmi sənəd mövcuddursa, buyursunlar təqdim etsinlər”.

Qeyd edək ki, "yenisabah”a "Baku Medical Plaza”nın mətbuat xidmətinin rəhbəri Aysel Rzayeva açıqlama verərək bildirmişdi ki, Musazadə Turanə Tofik qızının ailəsinin klinikadan heç bir şikayəti yoxdur. O, əməliyyat zamanı gənc qızların ölümünə səbəb olan plastik cərrah Siruz Qoçqani artıq plastik-cərrahiyə əməliyyatlarına buraxılmayacağını bildirsə də, həkimin plastik cərrah işləməsi üçün əllərində sənəd olduğunu qeyd etmişdi.

Xatırladaq ki, 1996-cı il təvəllüdlü Turanə Musazadə may ayını 11-i "Baku Medical Plaza”da plastik cərrahiyyə əməliyyatı zamanı vəfat edib. İctimai vəkil Samir Zeynalovun sözlərinə görə, Sirus Qoçqani bundan başqa 2017-ci ildə Leyla Oruclunun, 2019-cu ildə isə Sona Gürgün Vəliyevanın ölümünə səbəb olub. Turan Musazadənin ölümündən sonra Xətai rayon prokurorluğunda faktla bağlı araşdırmalar başlanıb.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol