• $
  • €
  • ₽
  • ₺
  • £

Bu rayonda koronavirusa kütləvi yoluxma qeydə alındı - giriş-çıxış məhdudlaşdırıldı - VİDEO

Bu rayonda koronavirusa kütləvi yoluxma qeydə alındı - giriş-çıxış məhdudlaşdırıldı - VİDEO
29.05.2020 11:33
Son günlər Yevlaxda koronavirusa yoluxma halları artıb. Rayon ərazisində virusa 80 yoluxma halı qeydə alınıb, onlardan 53-ü "Qaraçılar məhəlləsi" adlanan küçənin sakinləridir.

Bu məqsədlə həmin məhəllə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarətdə saxlanır.

Anews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.

Onun sözlərinə görə, məhəlləyə giriş-çıxışa məhdudiyyət qoyulub. "Məhəllədə yaşayan insanların bəziləri karantin rejiminin tətbiqini pozmağa çalışaraq məhəllədən çıxmağa cəhd ediblər. Onların da qarşısı alınıb. Bu səbəbdən onlar etiraz əlaməti olaraq toplaşıblar. Polis və Daxili Qoşunların hərbi qulluqçuları həmin şəxslərlə maarifləndirici söhbətlər aparıb. Bundan sonra həmin şəxslər öz evlərinə qayıdıblar",- deyə nazirliyin sözçüsü bildirib.

Yevlax rayon polis şöbəsinin bölmə rəisi Famil Qasımov isə son vəziyyət ilə bağlı məlumat verib. O deyib ki, görülən tədbirlərdə məqsəd yoluxma halının qarşısını almaqdan ibarətdir

Qeyd edək ki, TƏBİB həmin küçədə yaşayan sakinlərdən yaxma götürüb. Testin cavabları gələnə qədər məhəlləyə giriş-çıxışa qoyulmuş məhdudiyyət davam edəcək.

Rayon ərazisində aidiyyatı qurumlar tərəfindən də yoluxmanın qarşısını almaq üçün dezinfeksiya işləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol