COVID-19-a yoluxmamış şəxslərin qanında koronavirusa qarşı immunitet aşkarlandı

Amerikalı mikrobioloqlar apardıqları araşdırmadan sonra sensasiyalı nəticələr əldə ediblər.
"Medicine” jurnalının yazdığına görə, alimlər 2015-2018-ci illərdə donorlardan toplanmış qanda T-limfositlərin SARS-CoV-2 virusuna qarşı immun reaksiyasını aşkarlayıblar.
Əvvəlcə mütəxəssislər fərqli məsələnin həlli üçün işə başlasalar da, araşdırma prosesində pandemiyadan xeyli əvvəl bağışlanan qan nümunələrindən alınan T-hüceyrələrinin koronavirus antigenlərinə qarşı immunitet reaksiyasını yoxlamaq qərarına gəliblər.
Nümumələrdən, demək olar ki, yarısının T-hüceyrələri virus antigenlərinə qarşı müəyyən reaksiya göstərib. Tədqiqatçılar bildirib ki, donorlardan yeddi nəfəri bir zamanlar digər koronavirus növlərinə yoluxub və orqanizm "qohum” patogenlərə qarşı immunitet inkişaf etdirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























