• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bu universitetə yeni ixtisaslar daxil edildi

Azərbaycanda bu universitetə yeni ixtisaslar daxil edildi
20.05.2020 11:49
"Naxçıvan” Universitetinin qəbul planına yeni ixtisaslar daxil edilib.
 
Naxçıvan dövlət universitetinin mətbuat xidmətindən anews.az-a verilən xəbərə görə  "Naxçıvan” Universitetində 2020-2021-ci tədris ili üçün bakalavr səviyyəsində 410 yer, magistratura səviyyəsində 21 yer tələbə qəbulu planı nəzərdə tutulmuşdur.
 
Bakalavr səviyyəsində kadr hazırlığı aparılan Azərbaycan dili və ədəbiyyat müəllimliyi, Coğrafiya müəllimliyi, Tarix müəllimliyi, Xarici dil müəllimliyi (ingilis dili),Beynəlxalq münasibətlər, Dinşünaslıq, Filologiya (alman dili və ədəbiyyatı), İqtisadiyyat, Mühasibat, Maliyyə, Turizm işinin təşkili ixtisasları ilə yanaşı, qəbul planına yeni ixtisaslar daxil edilib. Bu ildən universitetdə Beynəlxalq ticarət və logistika, İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi, Tərcümə (ingilis dili), Riyaziyyat müəllimliyi ixtisasları üzrə də qəbul aparılacaq.
 
Magistratura səviyyəsində qəbul aparılan Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası, Xarici dilin tədrisi metodikası və metodologiyası, Riyaziyyat fənninin tədrisi metodikası və metodologiyası, Coğrafiya fənninin tədrisi metodikası və metodologiyası, Pedaqogika nəzəriyyəsi və tarixi ixtisasları ilə yanaşı, bu ildən İqtisadiyyatın tənzimlənməsi,Bank işi, İslamşünaslıq, Dinin fəlsəfəsi, Dilşünaslıq (ingilis dili) ixtisasları da qəbul planına əlavə edilib.
 
Qeyd edək ki, yüksəkixtisaslı kadr hazırlığı aparmaq üçün "Naxçıvan” Universiteti kifayət qədər maddi-texniki baza və kadr potensialına malikdir.
 
7 binadan və yardımçı qurğulardan ibarət möhtəşəm universitet şəhərciyində arxitektura və pedaqoji baxımdan mükəmməl olan tədris korpusları, yüksək zövqlə dizayn edilmiş mühazirə və məşğələ otaqları, kabinə və mərkəzlər mövcuddur.
 
Təlim prosesində ən son modifikasiyalı texnologiyalardan istifadə olunur. Universitet dünyanın 51 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol