Vətəndaşların təqaüd kartlarından pul oğurlayan şəxslər tutuldu

Göyçay Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən iki rayon sakini onlara məxsus təqaüd kartlarından ümumilikdə 366 manat pulun internet vasitəsilə naməlum şəxs və ya şəxslər tərəfindən çıxarılaraq oğurlandığını bildiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməlləri törədənin Göyçay şəhər sakini, 27 yaşlı Rafael Kərimli olduğu müəyyən edilib və həmin şəxs saxlanılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























