• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 53 nəfərin koronavirusa yoluxduğu küçədə polisə xəsarət yetirdilər - RƏSMİ

Azərbaycanda 53 nəfərin koronavirusa yoluxduğu küçədə polisə xəsarət yetirdilər - RƏSMİ
29.05.2020 09:53
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl koronavirusa yoluxma halları ilə əlaqədar Yevlaxda "Qaraçılar məhəlləsi” adlanan küçəyə giriş-çıxış məhdudlaşdırılıb.
Oxu.Az-ın məlumatına görə, həmin ərazidə yaşayan sakinlər tətbiq edilən karantin rejimi qaydalarına əməl etməyərək, etiraz aksiyası keçirməyə cəhd edərkən polis əməkdaşına xəsarət yetiriblər.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin məhəllə Daxili işlər Nazirliyinin polis əməkdaşları və DİN-in Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarətdə saxlanılır:

"Bir müddət əvvəl həmin məhəllədə yaşayan bir qrup sakin karantin rejiminin tələbini pozaraq, etiraz aksiyası keçirməyə cəhd göstərib. Bu zaman ictimai asayişi kobud şəkildə pozularaq, orada olan Yevlax Rayon Polis Şöbəsinin əməkdaşına daşla xəsarət yetirilib.

Hazırda onun vəziyyəti qənaətbəxşdir. Baş vermiş hadisə ilə əlaqədar olaraq Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır”. 

Qeyd edək ki, bir neçə gün əvvəl DİN-dən saytımıza bildirilmişdi ki, Yevlaxda 80 nəfər koronavirusa yoluxub. Onlardan 53 nəfəri "Qaraçılar məhəlləsi”nin sakinləridir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol