Azyaşlı oğlunun boğazını kəsdi - FOTO

Türkiyənin Adıyaman vilayətində qadın oğlunu və qardaşının arvadını qətlə yetirib.
"Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, 27 yaşlı Zeynəb D. yeddi yaşlı oğlu Əli D. və 36 yaşlı qardaşı arvadı Sultan D. ilə mübahisə edib.
Daha sonra o, mətbəx bıçağı ilə qadınla uşağın boğazlarını kəsib.
Hadisə yerinə gələn tibb işçilərinin müdaxiləsinə baxmayaraq, yaralıların həyatını xilas etmək mümkün olmayıb.
Polis təqsirləndirilən Zeynəb D.-ni küçədə gəzdiyi zaman tutub. Xəstəxanaya müayinəyə gətirilən qadın polislərdən öldürdüyü oğlunun vəziyyətini soruşub.
Onun bipolyar-affektiv sinir pozğunluğundan əziyyət çəkdiyi bildirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























