DİM imtahanların təşkili ilə bağlı QƏRAR VERDİ

Dövlət İmtahan Mərkəzi (DİM) Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almaqla, Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq imtahanları xüsusi sosial izolyasiya qaydalarına riayət etməklə keçirəcək.
Mərkəzdən Anews.az-a verilən məlumata görə, DİM Təhsil Nazirliyi və yerli icra orqanları ilə birgə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) imtahan mərkəzlərində (zallarında) imtahan müddətində əməkdaşların və iştirakçıların sağlamlığının qorunmasına dair hazırladığı metodiki göstərişləri nəzərə alaraq təcili və təxirəsalınmaz tədbirlər görür.
Belə ki, DİM əməkdaşları Təhsil Nazirliyinin tabeliyində olan binalara yerində baxış keçirib, imtahan üçün seçilən təhsil müəssisələrinin binalarının sayı 2,5 dəfəyədək artırılaraq onların imtahanın keçirilməsi üçün yararlılıq vəziyyəti yoxlanılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























