Şabranda yelləncəyin ipi 11 yaşlı oğlanın boğazına dolandı

Şabranda 11 yaşlı uşaq yelləncəkdə boğulmaq təhlükəsi ilə üzləşib.
Oxu.Az xəbər verir ki, hadisə şəhərin Nəbi Məstanov küçəsində qeydə alınıb.
Belə ki, 2009-cu il təvəllüdlü Əli Məlikli yaşadığı evin həyətində oynayarkən boğazına yelləncəyin ipi dolanıb. Xoşbəxtlikdən uşağın ailə üzvləri yaxınlıqda olub və onu xilas edərək Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
Həkimlərin səyi nəticəsində uşaq kritik vəziyyətdən çıxarılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























