Nazirlik rəsmisi 4800 manat cərimələnən MMC-dən danışdı

"Sumqayıt məişət tullantıları poliqonundakı yanğın vətəndaşların narazılığı ilə müşayiət olundu. Çünki ətraf mühitə kəskin iy-qoxu yayılır. Məsələyə dərha reaksiya verildi və araşdırma aparılır”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəhbəri Hikmət Əlizadə bildirib.
Onun sözlərinə görə, "Sumqayıt Məişət Tullantıları” MMC-nin direktoru buna görə 4800 manat cərimə olunub:
"Yanğının fəsadlarının aradan qaldırılması və ərazinin bərpa olunması üçün göstəriş verilib. Bir sıra yaşayış məntəqələrində məişət tullantıları poliqonlarının olmaması ciddi fəsadlara səbəb olur. Məişət tullantılarının qalaqlanması və düzgün idarə olunmaması torpaq qatına ziyan vurur”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























