• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı yüksək vəzifəli şəxs və ailəsi koronavirusa yoluxdu

Azərbaycanlı yüksək vəzifəli şəxs və ailəsi koronavirusa yoluxdu
28.05.2020 23:45
Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhər dairəsi rəhbərinin azərbaycanlılarla iş üzrə səlahiyyətli nümayəndəsi Qani Panayev və ailəsi koronavirusa yoluxub.
Anews.az xəbər verir ki, bunu "Report”a açıqlamasında Qani Panayevin özü bildirib.

"Ailə üzvlərim 10 gündən çoxdur xəstələnib. Özüm daha əvvəl virusun daşıyıcısı olmuşam, amma bunu hiss etməmişəm və ailə üzvlərimi də yoluxdurmuşam”, - səlahiyyətli nümayəndə deyib.
O, koronavirusa Rusiyanın Azərbaycanla sərhədyanı bölgəsində Azərbaycanla sərhədin açılmasını gözləyən insanlarla sıx təmasdan yoluxduğunu açıqlayıb: "İnsanlarla sıx təmasda olurdum, düşünürdüm ki, bu xəstəlik mənə keçməyəcək. Sonuncu dəfə mayın 19-da 120 nəfər azərbaycanlını Azərbaycana yola salandan sonra halım pisləşdi. Həkimə müraciət etdim, o mənə koronavirus diaqnozu qoydu.
Ailəmdə həyat yoldaşım, oğlum, iki qızım, anam və gəlinim xəstədirlər. Mənim immunitetim yaxşı olduğuna görə bu müddət ərzində sağlamlığımda hər hansısa narahatlıq hiss etməmişəm, oruc tutandan, yəni orqanizmim zəifləyəndən sonra xəstəliyi hiss etməyə başladım.
Hazırda özüm ailədən ayrı qalıb müalicə olunuram. Xəstəxanalardakı şəraitsizlikdən dolayı ora müraciət etməmişik. Hazırda hərarətimiz var, temperaturumuz 37,2 dərəcədən aşağı düşmür”.
Q.Panayev koronavirus pandemiyası ilə əlaqədar Rusiyanın müxtəlif regionlarından Dağıstana toplaşan və Azərbaycanla sərhədin açılmasını gözləyən azərbaycanlıların problemləri ilə kimin məşğul olduğuna da aydınlıq gətirib.
"Bunu Dağıstanın prezidentinə tapşırıblar, o isə, öz növbəsində, Dərbəndin icra hakiminə göstəriş verib. Onlar bu işi mənimlə əlaqə saxlayaraq edirlər. Hazırda Dərbəndin icra hakimiyyəti azərbaycanlılara kömək edir”, - o vurğulayıb.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol