Azərbaycanlı milyarder dünyanın ən bahalı yaxtasını aldı

Moskvada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədov dünyanın ən bahalı yaxtası olan “Luna”nı alıb.
“Qafqazinfo” “1news.az” saytına istinadən xəbər verir ki, F. Əhmədov “Luna”nı digər milyarder, “Çelsi” futbol klubunun sahibi Roman Abramoviçdən satın alıb.
F. Əhmədovun aldığı yaxta dənizdə və okeanda suyun müxtəlif hündürlüklərində üzə bilir. “Luna” tərkibində olan xüsusi qurğu ilə 45 tonluq dəniz suyunu içməli suya çevirmək gücünə malikdir.
Yaxtanın generatorları o qədər enerji istehsal edir ki, bu enerji ilə əhalisi 17 min olan hər hansı bir Avropa şəhərinin tələbatını ödəmək olar.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























