• $
  • €
  • ₽
  • ₺
  • £

TƏBİB: İftar, bayram süfrələrinin təşkilini qətiyyən tövsiyə etmirik

TƏBİB: İftar, bayram süfrələrinin təşkilini qətiyyən tövsiyə etmirik
22.05.2020 18:04
Operativ Qərargahın tibb bölməsi tərəfindən həftə sonları, bayram günləri 2-4 günlük küçəyə çıxma qadağalarının tətbiqi ilə bağlı qaydalar hazırlanıb. Bu bayramda həmin qaydaların tətbiqi barədə müzakirələr apardıq.
 
 Anews.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı bildirib. 

O deyib ki, mövcud epidemioloji statistik göstəricilər qısamüddətli bağlanma alqoritminə uyğun olmadığı üçün buna gedilməyib:
 
"Amma epidemioloji vəziyyət dəyişərsə və statistik göstəricilər qısa müddətli qadağaların alqoritminə uyğun olarsa, bunların tətbiqi önümüzdəki həftə yenidən müzakirə oluna bilər. Bu qadağanın tətbiq olunmaması o demək deyil ki, gələcək həftə sonlarında, bayramlarda da tətbiq olunmayacaq. Bunu hər birimizin sosial məsuliyyəti və epidemiyanın gedişatı müəyyən edəcək. Əslində bir çox ölkələrdən fərqli olaraq ölkəmizdə bayramda küçəyə çıxma qadağasının tətbiq olunmaması bayramı  daha maraqlı və sərbəst keçirməyimizə imkan verir. Qohumlara gedib onları riskə atmaqdansa, bayramı evdə ailəmizlə, ya da yaxın parka getməklə keçirə bilərik. İftar, bayram süfrələrinin təşkilini qətiyyən tövsiyə etmirik”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol