• $
  • €
  • ₽
  • ₺
  • £

Aparıcı gənclər təşkilatlarından biri loqosunu dəyişdi

Aparıcı gənclər təşkilatlarından biri loqosunu dəyişdi
16.07.2014 15:46
Azərbaycanın aparıcı təşkilatlarından biri olan DVC öz yeni loqotipini və korporativ üslubunu təqdim etdi. Təşkilatın 15 illiyi ərəfəsində təqdim olunan yeni korporativ üslub təşkilatın növbəti inkişaf mərhələsinə keçdiyini, həm dövlət, həm korporativ, həm də beynəlxalq sektorla geniş əlaqələrini göstərir.Üslub üçün seçilən rəng – müdriklik, ilham, alicənablıq və kreativlik rəngidir. Bu rəng, təşkilatın yenilikçi və innovativ, yaradıcı olduğunu bildirir. Loqotipdə itibucaqların istifadə olunmaması, təşkilatın çevik və hərəkətdə olmasını göstərir.Yeni korporativ üslubu ilə, təşkilatın ictimaiyyətə və tərəfdaşlarına yalnız “DVC” adı altında təqdim olunması, bu abreviaturanın açılışının verilməməsi qərarına gəlinib. Qeyd edək ki, daha öncə təşkilatın adı “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi olaraq açılırdı.Təşkilat bundan əvvəl 2008-ci ildə və 2011-ci ildə öz üslubunu yeniləyib.DVC – artıq 15 ildir ki, Azərbaycanda fəaliyyət göstərən və gənc liderlərin yetişdirilməsinə öz tövhəsini verən bir təşkilatdır. Təşkilatın missiyası müxtəlif xidmətlərin göstərilməsi və gənclərin təşəbbüslərinin dəstəklənməsi ilə cəmiyyətin maarifləndirilməsidir. Təşkilatın baxışı – Azərbaycanda biznes düşüncə ilə sosial missiyanı yerinə yetirməkdir. Hal-hazırda təşkilat 11 regional mərkəz, 36 nümayəndəlik vasitəsi ilə fəaliyyət göstərir. Bu gün təşkilatın sosial xidmətlərindən yararlanan və təşəbbüsləri dəstəklənmiş şəxslərin sayı 30.000-dən artıqdır. Təşkilat missiyası çərçivəsində tədbirlərin təşkili, korporativ sosial məsuliyyət layihələrinin icrası, dövlət və özəl qurumları tərəfindən verilən sosial sifarişlərin həyata keçirilməsi, gənclər və təhsil siyasəti sahəsində 15 illik təcrübəyə yiyələnmişdir. Təşkilat öz fəaliyyəti dövründə onlarla yerli biznes və beynəlxalq korporasiyalar, dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmişdir. Təşkilat “Beynəlxalq Debat Təhsil Assosiasiyası” (IDEA), “Milli Debat Şəbəkəsi” və “Milli Karyera və İşədüzəltmə Assosiasiyasının” həmtəsisçisi, öz sahəsində dünya lideri olan “Milli Biznes İnkubatorlar Assosiasiyasının” (NBIA) Azərbaycanda yeganə tərəfdaşı, “Avropa Gənc Sahibkarlar Assosiasiyasının” (JEUNE) üzvü, dünyanın 140 ölkəsini əhatə edən “Qlobal Sahibkarlıq Həftəsinin” Azərbaycanda eksklüziv nümayəndəsi və “Amerika-Azərbaycan Ticarət Palatasında” (AMCHAM) təmsil olunan yeganə gənclər təşkilatıdır.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol