Təcili yardımdan namaz açıqlaması - FOTO

“Müqəddəs ramazan ayı ilə bağlı əksər əməkdaşlarımız oruc tutur. Stansiyanın əməkdaşları arasında İslam dinin vacib saydığı namaz qılanlar da az deyil”.
Bunu AzNews.az-a açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova deyib.
O bildirib ki, bu ayda oruc tutan əməkdaşlara müxtəlif güzəştlər də tətbiq edilir: “Onların ibadət etməsi iş zamanı heç bir narahatçılıqla qarşılanmır və təcili yardımın işinə maneə törətmir”.
Xatırladaq ki, dünən “Qafqazinfo” xəbər saytı Təcili Tibbi Yardım Stansiyasının maşınının sürücüsünün namaz qıldığı yerdə fotusunu yayıb. Şəkili fotoqraf Abbas Atilay adlı şəxs çəkərək, sosial şəbəkələrdə paylaşıb.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























