• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilərin öldürdüyü bildirilən Həsənin qardaşı: "Bizə dedi ki..."

Ermənilərin öldürdüyü bildirilən Həsənin qardaşı: "Bizə dedi ki..."
16.07.2014 13:36
Cəbrayıl sakininin ailə üzvləri BQXK-ya və Dövlət Komissiyasına müraciət edibErməni tərəfinin öldürdüyü bildirilən Həsən Həsənovun ailə üzvləri Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına müraciət edib.Bu barədə APA-ya Həsən Həsənovun qardaşı  Nail Həsənov məlumat verib.O qeyd edib ki, qardaşı Həsən Həsənov 1978-ci ildə Cəbrayıl rayonunun Mehdili kəndində anadan olub: “Biz qardaşımızın Kəlbəcərə getməsindən xəbərsiz olmuşuq. O bizə dedi ki, Türkiyəyə gedirəm. Sonra mətbuatdan xəbər tutduq ki, orda öldürülən şəxs bizim qardaşımız Həsən Həsənovdur. Mənim qardaşım müharibə başlayandan sonra birinci dəfədir ki, Kəlbəcərə gedib. Həsənin Kəlbəcərə getməsi onun vətənpərvər olması ilə bağlıdır. Həsən taksi sürücüsüdür, yaşadığı  Binəqədi rayonunda mağazası var. Onun Kəlbəcərə getdiyi Dilqəm və Şahbaz adlı şəxslərlə əlaqəsinin olduğu bilmirik”.N.Həsənov qardaşının taleyi faktı ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına ötən gün müraciət etdiyini bildirib.

Qeyd edək ki, Ermənistan iki Azərbaycan vətəndaşının girov götürülməsi haqqında məlumat yayıb. Məlumata görə, həmin şəxslər Şahbaz Quliyev və Dilqəm Əsgərovdur.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol