• $
  • €
  • ₽
  • ₺
  • £

BNA və Bakı şəhər Baş Polis İdarəsi birgə tədbirlərə başlayıb- RƏSMİ

BNA və Bakı şəhər Baş Polis İdarəsi birgə tədbirlərə başlayıb- RƏSMİ
29.05.2020 00:13
Vətəndaşların koronavirus infeksiyasının profilaktikasına dair qaydalara riayət etməsi üçün Bakı Nəqliyyat Agentliyi və Bakı şəhər Baş Polis İdarəsi birgə tədbirlərə başlayıb.


 APA-nın verilən məlumata görə, bu çərçivədə ilk tədbir "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində keçirilib. Yerli polis orqanının əməkdaşları və Nəqliyyat könüllüləri maskadan istifadə etməyən vətəndaşlara tibbi maskalar paylayıb, maarifləndirici söhbətlər aparıb və sanitar rejimin tələblərini izah ediblər. İnsanlarla təmas zamanı iki metrlik məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu onların diqqətinə çatdırılıb.


Bildirilib ki, pandemiya dövründə sərnişinlərin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində, dayanacaqlarda, avtobuslarda qoruyucu maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir. Analoji tədbir mütəmadi olaraq insanların daha çox istifadə etdiyi avtobus dayanacaqları və digər ərazilərdə də keçiriləcək.

Tədbirlərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının əməkdaşları da iştirak edir. 


Qeyd edək ki, ictimai nəqliyyatda koronavirus infeksiyasının proflaktikasına dair tədbirlər çərçivəsində sərnişin avtobuslarının üzərindəki reklam yerlərində və salonunda sosial izolyasiya qaydalarını təşviq edən lövhələr də yerləşdirilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol