• $
  • €
  • ₽
  • ₺
  • £

Karantinə alınan icra başçısının test nəticəsi açıqlanıb

Karantinə alınan icra başçısının test nəticəsi açıqlanıb
29.05.2020 05:51
"Ölkəmizin hər yerində olduğu kimi Şamaxı rayonunda da müvafiq profilaktiki tədbirlər həyata keçirilir”.

Bunu APA-ya açıqlamasında Şamaxı Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Təbriz Qəniyev deyib.
O bildirib ki, bu tədbirlərdən biri də müəssisə və təşkilatların, eyni zamanda icra hakimiyyəti əməkdaşlarının testlərə cəlb edilməsidir: ”Bu testlər keçirilərkən, əməkdaşlarımızdan yalnız birində koronavirus infeksiyasına yoluxma qeydə alınıb. Həmin əməkdaşımız hazırda xüsusi karantin zonasında olan xəstəxanalardan birində yerləşdirilib. Digər əməkdaşlarımız isə sosial izolyasiya rejimində işlərini davam etdirirlər”.

T. Qəniyev qeyd edib ki, icra başçısı Tahir Məmmədov da digər əməkdaşlarla birlikdə koronavirus testindən keçib, testin nəticəsi neqativ çıxıb: "Ümumilikdə icra hakimiyyəti əməkdaşlarının, icra hakimiyyəti başçısının testinin nəticələri neqativ çıxıb və növbəti testlərdən də keçəcəyik. Hazırda bayram günləri olduğu üçün qeyri-iş günləridir. Amma testin nəticələri neqativ çıxdığı üçün biz işimizi davam etdirəcəyik”.

T.Qəniyev rayonda olan ümumi vəziyyətə də aydınlıq gətirib: "Rayonda vəziyyət stabildir. Rayonda da testlər mütəmadi olaraq keçirilir. İndiyə qədər rayon sakinlərindən 5 nəfərdə koronavirus infeksiyası aşkarlanıb”.

Qeyd edək ki, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Elxan İbrahimov yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. Elxan İbrahimov xəstəxanaya yerləşdirilib.

Onun ailə üzvlərindən yaxma nümunəsi götürülüb.
 
Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və İcra Hakimiyyətinin əməkdaşları hazırda özünü izolyasiya qaydalarına uyğun olaraq karantindədir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol