• $
  • €
  • ₽
  • ₺
  • £

Gənc kuryerin ölümü ilə bağlı "Dominos Pizza Azərbaycan" şirkətindən RƏSMİ AÇIQLAMA

Gənc kuryerin ölümü ilə bağlı "Dominos Pizza Azərbaycan" şirkətindən RƏSMİ AÇIQLAMA
29.05.2020 10:11
Son günlər Bakıda gənc kuryerin ölümü gündəm mövzusuna çevrilib.

İddialara görə isə kuryerin ölümünün səbəbi  restoranın qoyduğu tələblərlə bağlı olub.


 Belə ki, rəhbərliyin tapşırığına görə, hər sifarişi 30 dəqiqədən gec olmayaraq ünvana çatdırmaq lazımdır. Sifariş gecikdiyi zaman həmin kuryerin maaşından cərimə tutulur. Ölən gəncin ölümünə səbəb də, sifarişi tez çatdırmaq üçün motosikleti sürətlə sürməsi olub.
 
Oxşar hadisə ilə bağlı facebook-da "Müştəriyəm şikayətim var" adlı qrupunda müştərilər şikayət xarakterli postlar da paylaşmışdılar.


Bəs şirkət rəhbərliyi məsələ ilə bağlı nə deyir?
 
Şirkətin Marketinq və satış şöbəsinin rəhbəri Aynurə Seyidova anews.az-a verdiyi açıqlamasında deyir ki, hadisənin baş vermə səbəbləri hüquq mühafizə orqanları tərəfindən araşdırıldığı üçün ictimaiyyətə hələki dəqiq məlumat verə bilmirlər:

" Domino's Pizza üçün istər qlobalda, istərsə də lokalda ən vacib məqam hər şeydən əvvəl həm restoran daxili həmdə çatdırma zamanı təhlükəsizlikdir. Təhlükəsizliklə əlaqəli mütəmadi olaraq əməkdaşlarımıza müxtəlif təlimlər keçirilir və əməkdaşlarımız təlimatladırılırlar. Domino”s Pizzada çalışan hər bir kəsin əməyinin təhlükəsizliyi qaydalarına tam əməl olunur və buna xüsusi önəm veririk.

Biz illərdir birgə işlədiyimiz əməkdaşımız Ulvi Məmmədovun itkisi fonunda sosial mediada bu qəzanın detallarını bilmədən məqsədyönlü şəkildə əleyhimizə aparılan qaralama kampaniyasından təəssüf hissi keçiririk və hər kəsdən xahiş edirik ki, 3-cü tərəflərin məqsədyönlü qərəzli, heç bir əsası olmayan, hər-hansı bir mötəbər sübuta əsaslanmayan şayiələrinə etibar etməsinlər".

Şirkət rəsmisi həmçinin sosial mediada edilən etirazlara da münasibətini bildirib:
"Sosial mediada əsasən bu qəzanı "30 dəqiqə Çatdırma kampaniyası” ilə əlaqəli baş verdiyini vurğulayırlar. İlk öncə vurğulamaq istərdik ki, kampaniya başlamazdan əvvəl bütün müştərilərimizə məlumat vermişdik ki, bu kampaniya istənilən pis hava şəraitində keçərli deyil və pis hava şəraiti müşahidə olunan zaman kuryerlərimizə asta və təhlükəsiz sürməklə bağlı ciddi təlimatlandırma aparırıq. 2-ci sosial mediada müzakirə edilən məqam, gecikmə olan zaman müştəriyə verilən hədiyyə pizzanın ödənişinin İşçilərimizdən alınması haqqında olan mənbəyi bəlli olmayan səhv məlumatdır. Qeyd edək ki, bu halla bağlı kampaniya başlayandan saytımızda ətraflı qeyd etmişik ki, bu halda işçi heç bir maddi məsuliyyət daşımır (Ətraflı Linkdə: http://www.dominospizza.az/corporate/condition-services.aspx)

Aynurə xanım əlavə edib ki,bundan əlavə  çatdırılma kampaniyaları çatdırması mümkün olan ərazilər üçün keçərlidir.
"Yəni əlavə sürətə ehtiyac olmadan sürücünün yaxın ərazilərə normal gedib qayıda biləcəyi məsafələrə çatdırma edirik. Çatdırılma əraziləri kuryerlərimizin təhlükəsizliyi üçün məhdudlaşdırılıb.
"Qərəzli mövqedən paylaşım edilənlərə və mənbəyi bəlli olmayan heç bir hüquqi əsası olmayan şirkətin imicinə xələl gətirən məlumatlar yayanlara qarşı hüquqi platformada lazımi tədbir görüləcək"- deyə o bildirib
 
Samirə Əliyeva


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol