“Azərişıq” ASC-nin üç əməkdaşı güllələnib

Masallı rayonunda "Azərişıq” ASC-nin əməkdaşları güllələnib.
"Report”un Cənub Mərkəzinin əldə etdiyi məlumata görə, hadisə rayonun Yeddioymaq kəndində baş verib.
Belə ki, Yeddioymaq kənd sakini 1969-cu il təvəllüdlü Mansur Bəşir oğlu Şahmuradov elektrik enerjisi borcu olduğuna görə onun həyətinə gələn və borcunun ödənməsini istəyən elektrik şəbəkəsi işçiləri ilə mübahisə edib. Heç bir borcunun olmadığını iddia edən abonent M.Şahmuradov evindəki ov silahı ilə "Azərişığ"ın əməkdaşlarına atəş açıb.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























