• $
  • €
  • ₽
  • ₺
  • £

ŞAD XƏBƏR - Azərbaycanda daha bir qadağa ləğv olunur - Ayın 1-dən...

ŞAD XƏBƏR - Azərbaycanda daha bir qadağa ləğv olunur - Ayın 1-dən...
29.05.2020 12:27
Azərbaycanda davam edən karantin rejimi mərhələli şəkildə yumşaldılıb. Bir sıra müəssisələr fəaliyyətinə başlayıb. Bəs görəsən, Azərbaycanda da iyunun 1-də ticarət mərkəzləri açıla bilərmi?
Bununla bağlı danışan deputat Cavid Osmanov bildirib ki, bu cür qərarları Nazirlər Kabineti yanənda Operativ Qərargah verir:
"Bu günə kimi Operativ Qərargah karantin rejiminə mərhələli şəkildə sərtləşdirilməsi kimi o formada da yumşaldılması ilə bağlı qərarlar verməkdədir. Təəssüf ki, son həftələrdə yoluxmanın sayı üçrəqəmlidir. Koronavirusun ilk dalğasında karantin rejiminin sərtləşdirilməsi ilə bir çox iaşə obyektləri, müəssisələr fəaliyyətini dayandırdı.
Əgər sərt karantin rejim tədbiq olunmasaydı yoluxanların sayı 140-150 deyil 800-1000 nəfər ola bilərdi. Sərhədlərin bağlanması və insanların ev şəraitində izyolasiya olunması koronavirusun ölkəmizdə geniş yayılmasının qarşısını aldı.
Bilirsiniz ki, bir neçə gün öncə Operativ Qərargahın keçirdiyi brifinqdə ticarət mərkəzləri ilə bağlı məsələyə toxunuldu. Qeyd edildi ki, bu məsələ üzərində iş gedir. Qeyd edildi ki, iyunun əvvəllərində açıla bilər. Burada təəccüblü heç nə yoxdur. Azərbaycan dünyanın bir hissəsidir. Dünyaya nəzər salanda görürük ki, yoluxma sayı çox olan ölkələrdə karantin rejimi yumşaldılıb.
Bütün müəssisələr fəaliyyətə başlayıb. Hətta Almaniyada futbol yarışları başlayıb. Dövlətimiz əlindən gələni edərək pandemiyanın ilk dalğasının qarşısını aldığını nəzərə alaraq deyə bilərəm ki,iyunun əvvəllərində iri ticarət mərkəzlərin açıla bilər. Qeyd edim ki, o ticarət mərkəzlərində xeyli sayda insanlar çalışır. Ona görə də yaxın günlərdə iri ticarət mərkəzlərin açılması və kafe-restoranların əvvəlki qaydada işləməsi üçün qərarlar verilə bilər. İri ticarət mərkəzləri açılan zaman Operativ Qərargah tərəfindən müəyyən qaydalar da qoyulması gözləniləndir. Mən özüm də iri ticarət mərkəzlərinin açılmasının tərəfdarıyam.
Qoyulan qaydalara əməl edərək insanlarımız öz iş yerlərinə qayıdıb, əməkhaqqlarını alsınlar. Dövlətimiz üzərinə düşən işi layiqincə yerinə yetirməkdədir. Bu gün ən önəmli məsələ insanlarımızın bu xəstəliyin təhlükəli olduğunu dərk edib, Operativ Qərargahın qərarlarına və tövsiyyələrinə əməl etməsidir. Vətəndaşlarımız məsuliyyətli olmaqla bu işdə dövlətimizə dəstək olmalıdır". (sonxeber)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol