“Formula-1”in Azərbaycanda sentyabrda keçiriləcəyi xəbərinə RƏSMİ MÜNASİBƏT

Bakı Şəhər Halqası xarici mətbuatda "Formula-1” yarışının dərc olunmuş yeni təqviminə münasibət bildirib.
Oxu.Az-a açıqlama verən Bakı Şəhər Halqasının İctimaiyyətlə Əlaqələr Departamentinin meneceri Gülnaz Quliyevanın sözlərinə görə, sentyabrın 20-də Bakıda "Formula 1” yarışının keçirilməsi hələ dəqiqləşməyib:
"Bu, rəsmi məlumat deyil. Ümumiyyətlə, Bakıda "Formula 1”in keçirilməsi yalnız Nazirlər Kabineti yanında operativ qərargahın qərarından sonra təsdiq oluna bilər. Çünki bunun üçün ilk növbədə sərhədlər açılmalıdır”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























