• $
  • €
  • ₽
  • ₺
  • £

Polad Bülbüloğlu Rusiya-Azərbaycan sərhədində toplaşan həmvətənlərimizdən DANIŞDI

Polad Bülbüloğlu Rusiya-Azərbaycan sərhədində toplaşan həmvətənlərimizdən DANIŞDI
29.05.2020 11:20
"Rusiya-Azərbaycan sərhədində toplaşan insanların tez bir zamanda vətənə qayıtması üçün mümkün olan hər şeyi edirik". 

Anews.az APA-ya istinadla xəbər verir ki, bunu TASS agentliyində Rusiya ilə Azərbaycan arasında münasibətlərin perspektivlərinə həsr olunmuş "Rusiya və Azərbaycan: strateji əməkdaşlığın üfüqləri” adlı onlayn mətbuat konfransında çıxış edən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirib. 
"Mən fürsətdən istifadə edib, Dağıstan Respublikasının rəhbərliyinə, respublikanın sakinlərinə təşəkkürümü bildirirəm. Biz dəfələrlə vətəndaşlarımıza müraciət etmişdik ki, Dağıstan-Azərbaycan sərhədində toplaşmasınlar. Lakin insanları da başa düşmək olar.
 
Onlar iş yerlərini itiriblər. Mən bir daha həmin insanları əmin etmək və son rəqəmləri açıqlamaq istəyirəm. Martı ayının ortalarından bu günə kimi 7500-dən çox Azərbaycan vətəndaşı vətənə dönə bilib. Rusiya və Azərbaycan prezidentlərinin telefon danışığından sonra isə qısa müddət ərzində 400 nəfərdən çox vətəndaşımız Rusiya-Azərbaycan quru sərhədi vasitəsi ilə vətənə qayıdıb. Dünən 175 vətəndaşımız daşıyan təyyarə Moskvadan Bakıya uçub. Demək istəyirəm ki, mümkün olan hər şey edilir. Lakin bir az səbirli olmaq lazımdır. Anlaşılandır ki, bu çətindir. Vətənə dönməyin mümkün olduğu zamanı gözləmək lazımdır", - deyə diplomat qeyd edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol