• $
  • €
  • ₽
  • ₺
  • £

190 manatlıq birdəfəlik ödəniş söhbətinə aydınlıq gətirildi — VİDEO

190 manatlıq birdəfəlik ödəniş söhbətinə aydınlıq gətirildi — VİDEO
29.05.2020 12:34
Pandemiya dövründə dövlət işsiz şəxslərin sosial rifahına dəstək məqsədi ilə 600 min nəfərə 190 manatlıq birdəfəlik ödəmə verdi. Xüsusi karantin rejmi yumşaldılsa da, dövlətin vətəndaşlara dəstəyi davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, ölkə başçısının tapşırığına əsasən hazırda işsiz şəxslərin özünüməşğulluq proqramlarının əhatə dairəsi genişlənir. Vətəndaşların ictimai işlərə cəlb edilməsi davam edir.

Pandemiya şəraitində dövlətin dəstək tədbirləri davam edir. Hazırda işsiz şəxslərin ictimai işlərə və özünüməşğulluq proqamlarına cəlb edilməsi işləri həyata keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fazil Talıbov deyir ki, ölkə başçısının tapşırığına əsasən nazirlik tərəfindən ölkə vətəndaşlarının məşğulluğuna və sosial rifahına dəsdək məqsədi ilə 4 istiqamət üzrə tədbirlər həyata keçirilir:

"İşsiz və işaxataran vətəndaşların məşğulluğu və sosial dəstək tədbirləri bununla yekunlaşmır. Tapşırığa əsasən məşğulluq imkanının artırılması məqsədi ilə ödənişli ictimai iş yerləri artırıldı və bu say 38 mindən 90 minə çatdırıldı. Hazırda DOST mərkəzləri sayəsində bu işlərə cəlb edilənlərin sayı 61 minə çatdırılıb”.

Hazırda özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsi istiqamətində atılan addımlar davam edir. Əsas məqsəd ailələrin bu proqrama cəlb edilməsi və onların sosial rifahına dəstək verilməsindən ibarətdir:

"Bu il 12 min ailənin cəlb edilməsi işləri aparılır. Bunun üçün 70 milyon manat ayrılıb. Gələn il genişlənəcək. Regionların İnkişafı İctimai Birliyi ilə əməkaşlıq aparılır. Bu çərçivəsidə ailələr bağçılıq təsərrüfatı qurur və gəlirlərini çoxaldırlar”.

Vətəndaşların məşğulluğunun təmin edilməsi üçün banklarla da əməkdaşlıq edilir. bir çox vətəndaş artıq aktivlərlə təmin edilib.

"Banklarla da əməkdaşlıq həyata keçirilir. Aprel ayının əvvəllərindən proqram iştirakçılarına aktivlər verildi. Dünya Bankı ilə də əməkdaşlıq aparılır. Hər il 5000 ailənin özünəməşğulluq təmin ediləcək. BMT ilə birlikdə həmin şəxslərin biznesə çıxışına dəstək veriləcək”.


Fazil Talıbov onu da bildirib ki, ünvanlı dövlət sosial yardımın təyinatının sadələşdirilməsi və müddətiniz uzadılması işləri həyata keçirilir. Bundan əlavə işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsi genişləndirilir.
 
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol