• $
  • €
  • ₽
  • ₺
  • £

Bacısı ilə anasını öldürən oğul evdən belə qaçdı- RƏSMİ AÇIQLAMA

Bacısı ilə anasını öldürən oğul evdən belə qaçdı- RƏSMİ AÇIQLAMA
01.06.2020 10:51
Bərdə Rayon Prokurorluğu dəhşətli qətllə bağlı məlumat yayıb.


"Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, iyunun 1-də gecə saat 04 radələrində Bərdə rayonunun Alaçadırlı kəndi ərazisində iki şəxsin odlu silahla qətlə yetirilmiş meyitlərinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.


Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.



İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.


İlkin araşdırmalarla həmin gün saat 03 radələrində Alaçadırlı kəndində yaşayan Toğrul Zeynallının yaşadığı evdə qısqanclıq zəminində tüfəngdən atəş açmaqla anası Nəzirə Zeynalovanı, daha sonra yaşadıqları evdən təxminən 200 metr aralıda isə bacısı Əminə Zeynalovanı qəsdən öldürərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.


Hazırda cinayəti törətməkdə şübhəli bilinən Toğrul Zeynallının tutularaq istintaqa cəlb olunması, habelə hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.  





www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol