• $
  • €
  • ₽
  • ₺
  • £

Respublikanın Baş epidemioloqundan vətəndaşlara ÇAĞIRIŞ

Respublikanın Baş epidemioloqundan vətəndaşlara ÇAĞIRIŞ
01.06.2020 15:39
"Hazırda yoluxmanın artmasına səbəb əhalinin rejimə riayət etməməsidir”.

Bunu APA-ya açıqlamasında respublikanın Baş epidemioloqu İbadulla Ağayev deyib. O bildirib ki, əhali maskadan mütləq istifadə etməlidir: "Dəfələrlə deyilib, bu gün də təkrar edirik. Koronavirus infeksiyasının başladığı zaman sərt qaydalar, karantin rejimi tətbiq olundu. Lakin karantin rejimi yumşaldıqdan sonra əhali qətiyyən qaydalara riayət etmək istəmir.

Əhalidən xahiş edirəm ki, göstərilən bütün gigiyenik normativlərə əməl etsin. İlk növbədə, istər böyük, istər kiçik marketlərdə, "Mall”lara, digər ticarət mərkəzlərinə, ictimai iaşə müəssisələrinə girdikdə maskalardan mütləq istifadə  olunmalıdır. İnsanlar kütləvi toplantıdan çəkinsinlər. Ara məsafəsi mütləq gözlənilməlidir. Karantin rejiminin yumşadılması o demək deyil ki, xəstəlik tamamilə bitib, yoluxma ola bilməz. Yoluxma ehtimalı yüksəkdir. Buna da səbəbkar yalnız və yalnız insanlardır. Dövlət tərəfindən aparılan bütün tədbirlər əhalinin sağlamlığı üçündür. Virus yeni başlayanda Prezident tərəfindən əhalinin sağlamlığı üçün nə qədər vacib tədbirlər həyata keçirildi. Biz onun nəticəsini gördük, virusa yoluxma sayı azalmışdı”.

Baş epidemioloq qeyd edib ki, son vaxtlar insanlar qaydalara riayət etmədikləri üçün virusa yoluxma sayı hər gün artmaqda davam edir: "Bu da əhalinin özündən asılı olan səbəbdir. Əgər qaydalara əməl olunmasa, Operativ Qərargah tərəfindən də xəbərdarlıq olunub ki, mütləq sərtləşdirici tədbirlər həyata keçiriləcək, cərimələr tətbiq olunacaq. Əvvəl insanlar şikayət edirdilər ki, apteklərdə maska yoxdur. İndi apteklərdə həm Azərbaycan istehsalı, həm də ölkəyə idxal olunan maskalar var. Əhali maskalardan istifadə etsin. Sağlamlıqlarını qorumaq istəyirlərsə, qaydalara riayət etməlidirlər. Əhali rejim qaydalarına əməl etməsə, yoluxma hallarının sayı daha da artacaq. Hər evə bir nəzarətçi qoyula bilməz. Küçəyə çıxan, müəyyən yerlərə gedən insanlar gigiyenik normalara əməl etməlidir”.

İ. Ağayev əlavə edib ki, bütün normativlərə və qərargah tərəfindən müəyyən edilən sanitar-gigiyena qaydalarına riayət olunsa, xəstələnmə hallarının sayı  azalacaq. O vurğulayıb ki, hər kəs koronavirusa yoluxmamaq üçün bütün qaydalara riayət etməlidir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol