• $
  • €
  • ₽
  • ₺
  • £

İyunun 15-dən bu qadağa götürülür? - Operativ Qərargah

İyunun 15-dən bu qadağa götürülür? - Operativ Qərargah
02.06.2020 13:02
Macarıstanın "Wizzair" aviaşirkəti Bakıdan uçuşları elan edib.

Artıq şirkətin saytında biletlər satışa çıxarılıb. Hazırda təqdim olunan biletlər arasında ilk uçuş iyunun 19-na təyin olunub. Daha sonra isə iyunun 22-si, 26-sı və 29-na biletlər təklif olunur. İlk uçuş üçün biletin qiyməti 100 avrodan başlayır. Lakin 29 iyun tarixinə biletlər 50 avrodan satışa çıxarılıb.

Artıq Macarıstan iyunun 15-dən sonra Azərbaycanla sərhədlərini açır və gediş-gəlişə start verir.

Budapeştdən Bakıya ilk uçuş iyunun 18-də baş tutacaq. Bu reys ilə biletin qiyməti 120 avrodan başlayır. İyunun 21-i, 25-i və 28-dəki uçuşlar üçün biletlər 100 avrodan təqdim olunur.

Çernoqoriya hökuməti iyunun 1-dən etibarən bir sıra ölkə vətəndaşlarına karantinə riayət etmədən və koronavirus testindən keçmədən ölkəyə gəlmələrinə icazə verir. Bu barədə "Vijesti" yazıb. Nəşr qeyd edir ki, bazar ertəsindən etibarən ölkəyə Azərbaycan, Albaniya, Avstriya, Bolqarıstan, Danimarka, Misir, Finlandiya, Gürcüstan, Xorvatiya, Çexiya, İslandiya, İsrail, Latviya, Litva, Lüksemburq, Macarıstan, Monako, Almaniya, Norveç, Slovakiya, Sloveniya, İsveçrə və bir sıra digər dövlətlərdən turistlər gələ bilərlər.
Qeyd edək ki, Operativ Qərargahın son yaydığı məlumatda Azərbaycanın sərhədinin iyunun 15-dək bağlı olacağını açıqlanmışdı.

Məsələ ilə bağlı Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov açıqlama verib.
İbrahim Məmmədov bildirib ki, uçuşların dayandırılması və sərhədlərin bağlı olması rejimi də iyunun 15-nə qədər uzadılıb. Ondan sonra nə olacağı hələ bilinmir.

Uçuşlarla bağlı AZAL-ın mətbuat xidməti ilə əlaqə saxladıq. Şirkətin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, sərhədlərin açılması ilə bağlı hökumətin qərarı olmalıdır və AZAL olaraq biz də hökumətin qərarını gözləyirik.Sonxeber.az
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol