• $
  • €
  • ₽
  • ₺
  • £

Şəkidə peyda olan ayının taleyi necə oldu? - AÇIQLAMA

Şəkidə peyda olan ayının taleyi necə oldu? - AÇIQLAMA
02.06.2020 13:36
İki gün əvvəl Şəkidə peyda olan ayı bir anda gündəmə çevrilib. Hazırda hadisə ilə bağlı insanları ən çox maraqlandıran məqam ayının boğazında xaltanın olub-olmamasıdır.

Çünki ötən gün Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov açıqlamasında xaltanın ola biləcəyini diqqətə çatdırıb. Lakin həmin vaxt araşdırma yekunlaşmadığı üçün tam olaraq belə bu fikrin üstündə dayanmaq mümkün olmadı. Maraqlıdır, araşdırmanın yekun nəticəsi nə olub?

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Elşad Əsgərov qeyd edib ki, ayının boynundakı iz kəndir izidir: "Ayı ilə bağlı görmədiyim bəzi kadrları da gördüm. Onun boynuna Bakı Zooparkından adamlar getmədən əvvəl maşına mindirmək üçün kəndir salmağa çalışıblar. Daha sonra zooparkdan gələnlər qalın örkənlə maşının içinə yönəldirlər. Amma birinci dəfə boğazına kəndir salınması pis haldır, çünki iz ondan qalıb. Yəni xalta deyil. Ayının haradasa yaşaması ilə bağlı da fakt çıxmadı. Baytarlar ayıya baxdılar, meşədən gəlib, əl heyvanı deyil. Hətta onun meşədə başqa bir ayı ilə savaşı olub. 5-6 yaşı var. Bu yaşda olan ayılar ərazi, yem və s. üçün dalaşırlar. Ayının alnında çoxlu yaralar, başqa ayının dırnaq izləri vardı. Onu canavar elə edə bilməzdi.”.

Elşad Əsgərov ayının görmə qabiliyyətini itirdiyini də vurğulayıb: "Yaralarda infeksiya olub, nəticədə gözləri tutulub. Onu təmizlədilər, amma görmə qabiliyyətinin bərpası yəqin ki, mümkün olmayacaq. İnfeksiya dərinə gedib, çox güman ki, sinir sisteminə də toxunub. Davranışı ona görə fərqli idi. Bərpa mərkəzində nə vaxta qədər qalacağı isə hələlik bəlli deyil. Çünki müalicə təzə başlayıb və davam edir. Onun yaralarını təmizləyiblər, məhlul tökülüb, müalicənin nə vaxt sonlanacağını baytarlar bilir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol