• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda bu şəxslərin "Mall"lara girişi qadağandır

Bakıda bu şəxslərin "Mall"lara girişi qadağandır
02.06.2020 14:38
Fəaliyyəti bərpa olunan "mall"lara maska və əlcəksiz daxil olmaq qadağandır.
 
Trend yenidən fəaliyyətləri bərpa olunan iri ticarət mərkəzləri ilə əlaqə salxayaraq onların hansı qaydalarda işləmələri barədə maraqlanıb. Bakıda olan bir neçə alış-veriş mərkəzləri Nazirlər Kabinetinin göstərişlərinə əməl edərək işlədiklərini bildiriblər.
 
"Gənclik Mall” və "28 Mall”dan qeyd olunub ki, maska və əlcəklərdən istifadə etməyən şəxslərin ticarət mərkəzlərinə girişi qadağandır:
 
""Mall”ların hər bir girişi mühafizə xidmətləri tərəfindən nəzarətdədir. İçəri daxil olarkən hökmən vətəndaşın əlində əlcək, üzündə isə maska olmalıdır. Ticarət mərkəzindən olan bütün icarədarlara yazılı şəkildə bildirişlər olunub. Bildirişdə qeyd olunub ki, heyət maska və əlcəklərdən istifadə etsin. "Mall”larda audi və video şüarlar səsləndirilir, davranış qaydaları və gigiyenaya nəzarət edilməsi bildirilir”.
 
Əlavə olunub ki, əgər "mall"ların mühafizə xidmətinin əməkdaşları daxildə maskasız şəxs aşkar edərlərsə, onlardan yenidən taxmaları tələb olunacaq.
 
"Park Bulvar" alış-veriş mərkəzində də maska və əlcəksiz içəri daxil olmaq olmaz, "mall”un həftədə bir dəfə pəşəkar şirkət tərəfindən ümumi dezinfeksiya olunacağı deyilir:
 
"Ticarət mərkəzi 31 may tarixindən fəaliyyətə başlayıb. Cinema, uşaq əyləncə mərkəzləri, kafe və restoranlardan başqa digər obyektlər işlək vəziyyətdədirlər. Girişlərdə və o cümlədən mağazalarda əlləri dezinfeksiya etmək üçün aparatlar quraşdırılıb. Ticarət mərkəzi hər gün əməkdaşlarımız tərəfindən dezinfeksiya olunur.
 
Ancaq həftədə bir dəfə də, peşəkar dezinfeksiyaedici şirkət tərəfindən bu işlər görüləcək. Müştərilərə məsafənin qorunması ilə bağlı xəbərdarlıqlar olunur, "mall”un içərisində davranış qaydaları barədə anonslar səsləndirilir. İnsanların daha çox olduqları ərazilərdə afişalar asılıb və orada da virusun qarşısını almaq üçün nələrə əməl etməyimiz tələb olunur gəstərilib”.
 
"Metro Park" ticarət mərkəzi isə sosial məsafə və davranış qaydalarına əsasən yarı heyətlə fəaliyyət göstərir:
 
"Nazirlər Kabinetinin qərarında göstərildiyi kimi, müştərilər ticarət mərkəzlərinə maskasız daxil ola bilməzlər. Buna görə də, girişdə mühafizə xidmətinin əməkdaşları bu qaydalara riyayət edilməsi üçün nəzarət edirlər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol