• $
  • €
  • ₽
  • ₺
  • £

Ramin Bayramlıdan metrodakı hadisəyə münasibət

Ramin Bayramlıdan metrodakı hadisəyə münasibət
02.06.2020 17:36
""COVID-19” infeksiyasının sürətlə yayıldığını nəzərə alaraq, ölkəmizdə aparılan eks-epidemik tədbirlərə dəstək olmaq hər bir vətəndaşın sosial məsuliyyətidir”.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı "Qafqazinfo”ya metroda baş verən mübahisəyə münasibət bildirərkən deyib. O, bildirib ki, qaydalara riayət etmək hər kəsin borcudur: "Koronavirusdan qorunmaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın maska istifadəsi və fiziki məsafə saxlamaqla bağlı qərarı, xüsusilə qapalı məkanlarda vətəndaşlar tərəfindən icra edilməlidir. Bura ictimai nəqliyyat, ictimai iaşə müəssisələri, iş yerləri və s. məkanlar aiddir. 

Dövlətimizin koronavirusa qarşı həyata keçirdiyi profilaktik və maarifləndirmə tədbirlərinə baxmayaraq, əsasən, ictimai nəqliyyatda, dayanacaqlarda, kafe və restoranlarda maskadan istifadə edilmir və fiziki məsafə qorunmur. 

TƏBİB və aidiyyəti qurumlar tərəfindən vətəndaşların maarifləndirilməsi istiqamətində işlər davam etdirilir, şəhərin müxtəlif yerlərində, eləcə də ictimai nəqliyyatda maarifləndirici materiallar yerləşdirilir. 

Bir daha bəyan edirik ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, qapalı məkanlarda maskadan istifadə məcburidir və bu tələbin pozulması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Vətəndaşlarımızı maskadan istifadə etməyə, fiziki məsafəni qorumağa və özlərinin və yaxınlarının sağlamlığına biganə yanaşmamağa çağırırıq”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol