• $
  • €
  • ₽
  • ₺
  • £

Çörək zavodları iki gün işləməyəcək: Bəs uşaq sığınacaqları nə edəcək?

Çörək zavodları iki gün işləməyəcək: Bəs uşaq sığınacaqları nə edəcək?
05.06.2020 19:27
"Biz artıq bütün tədbirlərimizi görmüşük”.  


Qaynarinfo xəbər verir ki,bu sözləri Uşaq İctimai Birliyinin sədri Kəmalə Ağazadə bu həftə sonu üçün nəzərdə tutulmuş gücləndirilmiş karantin rejiminin sığınacaqdakı vəziyyətə təsirindən danışarkən deyib:
 



"Sığınacağı çörəklə təmin edən çörək zavodu bizə bildirdi ki, şənbə-bazar günləri onlar da işləməyəcək. Ona görə də biz artıq çörək ehtiyatımızı görmüşük. Uşaqları ziyarət eləmək istəyənlərə də bildirmişik ki, bu günlərdə ziyarət qeyri-mümkündür". 


Uşaqlarda həmin günlərdə tibbi müdaxiləyə zərurətlə bağlı məsələnin də həll edildiyini deyən birlik sədri bildirib ki, iki gündə uşaqların sağlamlığında hər hansı bir problem olarsa, uşaqlarımıza daimi olaraq tibbi yardım göstərən "Medi Club" xəstəxanası ilə əlaqə saxlayacağıq:
 
"Önəmli dərman preparatlarının hamısını almışıq. Fikirləşirəm ki, iki günlə heç bir şey olmaz”.


İnsanların sərtləşdirilmiş karantin vəziyyəti ilə bağlı marketlərdə yaratdığı uzun növbələrə də münasibət bildirən Kəmalə Ağazadə deyib ki, axşam gördüyü səhnə gözünün önündən getmir: 


"Sanki dünyanın sonudur, apokalipsis başlayıb və bunlar qurtuluş yolunu ancaq marketlərdə görürlər. Bilirsiniz, bu, artıq insanların bir psixozu, inamsızlığı, güvənsizliyi və şayiələrə uymasıdır. Onlar bunu şayiələrə inanaraq edirlər. Halbuki yazılanları diqqətlə oxusalar, görərlər ki, burda qeyri-adi heç nə yoxdur. Yəqin ki hamının evində ən azı 3-4 günlük azuqəsi var. Bizdə bunu idarə edən kütlə psixozudur. Filankəs getdisə, biz də onun arxasınca getməliyik deyə düşünülür”.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol