"Tələbələrin təhsil güzəşti tələb etməyə haqqı var" - AÇIQLAMA

Bir qrup tələbə COVİD-19 pandemiyası ilə əlaqədar ənənəvi
qaydada dərslərin dayandırılması, online dərslərin isə istənilən səviyyədə keçilməməsi səbəbindən onlardan təhsil haqqının tələb olunmasına etiraz edib. Tələbələr
hesab edirlər ki, pandemiya dövründə normal təhsil ala bilmədiklərinə görə
ikinci semestr təhsil haqqından və imtahanlardan azad olunmalıdırlar. Bu tələblərini
çatdırmaq üçün iyunun 1-də Təhsil Nazirliyinə gedən bir qrup tələbə nazirliyin
qarşısında polis tərəfindən saxlanılıb.
Təhsil
eksperti Kamran Əsədov hesab edir ki, martın 3-dən etibarən təhsil
prosesinin dayanması həm təhsil alanlara, həm təhsil verənlərə ciddi maneə
yaradır. Belə bir vaxtda bakalavr pilləsində təhsil
alanlara ali məktəblərə qəbul olan zaman universitetlərin öhdəlikləri yerinə
yetirmədiyinin şahidi olduq. Onlayn tədris zamanı da dərslər əhatəli və davamlı olmadı.
"Bütün bunların fonunda tələbələr online dərslərin pulunu verməmişdilər. Onlar ənənəvi təhsilin pulunu ödüyüblər. Bu zaman ali təhsil müəssisələri təhsil haqqını tələb etməkdə haqlıdır, amma köhnə qiymətlərlə tələb etməməlidir", - deyə Əsədov bildirib. .
Təhsil ekspertinin sözlərinə görə, dünya təhsil təcrübəsində online dərslərin qiymətləri ənənəvi dərslərlə müqayisədə azı 2 dəfə ucuzdur. Əgər ənənəvi dərslərdə ali təhsil müəssisələri işıq pulu, təmizlik pulu, müəllim pulu və.s xərcləri ödəyirlərsə, online dərslərdə hər iki tərəf eyni xərci çəkmiş olur. Nəticə olaraq ali təhsil müəssisələri təhsil haqqları ilə bağlı güzəşt etməlidir.
Kamran Əsədov qeyd edib ki, pandemiya ilə əlaqədar ölkədə bir çox sahələrdə gəlirlər aşağı düşüb." Universitetlər də tələbələri məcbur edir ki, gətirib pulu versin. Bu gün tələbələrin iki problemi var: ödənişlər və imtahanların keçirilməməsi", - deyə o, əlavə etdi. .
Ekspert bildirir ki, bu məsələdə tələbələr haqlıdır və ödənilşəri geri tələb edə bilərlər. "Amma imtahanların ləğv edilməsi doğru qərar olmazdı. Çünki imtahanların ləğv edilməsini zəif oxuyan tələbə istəyə bilər. Oxuyan uşaqlar imtahan verib öz qiymətini almaq istəyir. Tələbələr güzəşt edilməsi dünya təcrübəsində bu məsələ bu formada həll olunub ki, növbəti il üçün tələbələrə ödənişlər zamanı 50 faiz güzəşt ediləcək. Azərbaycan da bu təcrübədən istifadə etməlidir. ", dedi Kamran Əsədov.
Ekspert son olaraq onu vurğuladı ki, artıq Azərbaycanda online dərslər qanuni formada keçirilməlidir. Çünki hazırda bu dərslərin keçirilməsi qanunla tənzimlənmir. Nə baş nazırın, nə də təhsil nazirliyinin bununla bağlı qərarı yoxdur. Əgər bu qanuni qüvvəyə minərsə hər şey daha normal və uğurlu sistemdə olar, – deyə o bildirib.
Deputat
Rüfət Quliyev isə anews.az-a açıqlamasında bildirdi ki, tələbələrə güzəşt edilməsinin
tərəfdarıdır. Bu sistemdə ehtiyacı olan tələblərə müəyyən qədər güzəştlər edilməlidir.
Bunun üçün həmin tələbənin maddi durumu, ailə vəziyyəti nəzərə alınıb,
araşdırmalıdır. Amma ümumilikdə tələbələrə ödənişlərlə bağlı yardım edilməsi
birbaşa həmin universitetin maliyyə vəziyyətindən asılıdır. Çünki universitetlərdə
problemlər, orda çalışan müəllimlərin maaşları tələbələrin ödənişləri əsasında
həyata keçirilməlidir.
Rüfət Quliyev Texniki univetsitetin kafedra müdiri kimi, 35 illik müəllim kimi hesab edir ki, təhsil sistemi müəllimlə tələbə arasında təmas zamanı daha kefiyyətli olur. Bu zaman tələbənin mənimsədiyi bilik daha uğurlu nəticə verir. Buna baxmayaraq online dərslərin keçirilməsi elə də uğursuz bir sistem deyil. Millət vəkilinin qeyd etdiyi kimi, işlədiyi Azərbaycan Texniki Universitetində bu sistem çox gözəl tətbiq olunub. Tələbələrin 75 faizindən çoxu online dərslərdə iştirak edib.
Azərbaycan
Dillər Universitetinin həmkarlar ittifaqının sədri Şahin Sərdarlı isə bildirib ki,
tələbələrin ödənişləri ilə bağlı güzəştlərin edilməsi birbaşa Nazirlər
Kabinetinə aid olan məsələdir. Amma ümumiyyətlə Dillər Universitetində
pandemiya dövründə bir çox ehtiyacı olan tələbələrə yardımlar edilib. Martda 110 tələbəyə 50 manat məbləğində yardım edilib. Daha sonra bir çox
yataqxanada qalan tələbələrə ərzaq və maddi yardım edilib. Universitet
sözçüsünün sözlərinə görə, pandemiya dövründə sıxıntılarla bağlı müraciət edən
bütün tələbələrin probleminə baxılıb və imkan daxilində yardım edilib, - deyə
bildirib.
Gülnar Nazimqızı
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























