• $
  • €
  • ₽
  • ₺
  • £

Bir həftəlik çölə çıxma qadağası tətbiq edilə bilər - AÇIQLAMA

Bir həftəlik çölə çıxma qadağası tətbiq edilə bilər - AÇIQLAMA
05.06.2020 20:17
Xəbər verdiyimiz kimi iyunun 3-də 325 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb. Məhz buna görə də Operativ Qərargahın iyunun 3-də keçirilən brifinqində şənbə və bazar günləri insanların çölə çıxmasına qadağa qoyulacağı bildirildi. Əgər artma dinamikası davam etsə, insanların 1 həftəlik çölə çıxmasına qadağa qoyula bilərmi?
Bununla bağlı  danışan deputat Cavid Osmanov bildirib ki, Operativ Qərargah dünyada və ölkədə mövcud vəziyyəti analiz edərək müvafiq qərarlar verir: "Bilirsiniz ki, dünən Operativ Qərargahın növbəti brifinqi keçirildi. İyun ayının 3-ə olan statistika ürək açan olmadı. 325 nəfər yeni yoluxma və 5 nəfər də ölüm faktı qeydə alındı. Günbəgün bu yoluxma dinamikası çoxalır. Məhz ona görə də dünən keçirilən brifinqdə şənbə və bazar günlərində daha sərt karantin rejiminin keçirilməsi təklif olundu. Həmin günlər hətta market və apteklər də işləməyəcək. Bütün insanların evdə qalaraq izyolasiya edilməsi ilə çalışırlar ki, yoluxmaların sayını azaltsınlar. Təbii ki, yoluxma artma dinamikası davam edərsə gələcək bu qadağa 7 günlük də ola bilər. Təbii ki, bu qərarlar Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətində olan məsələdir. Əlbəttə ki, bunu heç kim arzulamır. Ona görə insanlarımız bu xəstəliyin nə qədər təhlükəli olduğunu anlamalı, karantin rejimin qaydalarına və Operativ Qərargahın tövsiyyələrinə əməl etməlidir. İnsanlarımız məsuliyyətli olsalar, qoruyucu tibbi maskalardan istifadə edib, ictimai nəqliyyatda, market və mağazalarda sosial məsafəni qorusalar biz tezliklə bu bəladan qurtula bilərik. Bir daha insanlarımızı özlərinin və yaxınlarının sağlamlığını qorumaq üçün qoyulan qaydalara əməl etməyə çağırıram".
Sonxeber.az
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol