• $
  • €
  • ₽
  • ₺
  • £

“Toyları təxirə sala-sala getməyin ağlabatan izahı yoxdur” - Deputatdan REAKSİYA

“Toyları təxirə sala-sala getməyin ağlabatan izahı yoxdur” - Deputatdan REAKSİYA
05.06.2020 21:22
"Artıq şadlıq evlərinin funksiyası dəyişməlidir, bir çox insanlar yeni ixtisasa keçməlidirlər”.

Yenicag.az xəbər verir ki, bu fikirləri koronavirus pandemiyasının toy və yas mərasimlərinin təşkili ilə bağlı yaratdığı gərginliyə münasibət bildirən deputat Fazil Mustafa qeyd edib.
Fazil Mustafaya görə, virus insanlara gələcəyi yenidən qurmaq çağırışı edir və buna görə də toy-yas mərasimləri ilə bağlı klassik adət-ənənələrimizdə də dəyişikliklər etmək lazımdır:
"Virusun islah olunmaq fikri üfüqdə görünmür, proses uzandıqca, əsəblər daha da gərilir. Virus öz inadında, azərbaycanlılar da öz inadında… Azərbaycanlılar da bir neçə ay öncə yaşadıqları və uzun illərdir, yaşatdıqları adətlərə, vərdişlərə qayıdış üçün həsrət çəkirlər.
Anlaşılandır, bir şadlıq evində hamı dolanırdı: müğənnidən başlamış qabyuyana qədər, aşpazdan tutmuş "Limuzin” sürücüsünə qədər. Lakin birdən-birə virusun təhdidi ilə hamının həyatı sadələşib.
Bu, o deməkdir ki, artıq şadlıq evlərinin funksiyası dəyişməlidir, bir çox insanlar yeni ixtisasa keçməlidirlər. Bu, eyni qaydada mərasim evlərinə də aiddir. Virusa yoluxma təhlükəsinə görə bir yerə toplaşmaq imkanı olmayacaq. Yəni tədbirləri təxirə sala-sala getməyin də ağlabatan izahı yoxdur”.
Fazil Mustafa təklif edir ki, sözügedən sahələrdə xidmət göstərən vətəndaşların işsiz qalmaması üçün dövlət tərəfindən lazımi addımlar atılmalıdır:
"Sosial gərginliyin qarşısını almaq məqsədilə dövlət bu qəbildən olan vətəndaşlar üçün məşğulluqla bağlı şəbəkələşməni gücləndirməli, yeni iş yerlərini açmağa çalışan sahibkarları stimullaşdırmalıdır. Özəl sektorun alternativlərini artırmaq üçün inhisarçılığın hasarlarını söküb atmaq zərurəti hər kəs tərəfindən anlaşılmalıdır”.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol