• $
  • €
  • ₽
  • ₺
  • £

Zakir Qaralovun Ermənistan xüsusi xidmət orqanları ilə əlaqəli hesab edilən qardaşı hələ də XİN-də çalışır

Zakir Qaralovun Ermənistan xüsusi xidmət orqanları ilə əlaqəli hesab edilən qardaşı hələ də XİN-də çalışır
03.06.2020 12:51
Azərbaycan respublikasının  keçmiş baş prokuroru Zakir Qaralovun hazırda Xarici İşlər Nazirliyinin konsulluq idarəsinin rəis müavini işləyən qardaşı Hamlet Qaralov Ermənistan xüsusi xidmət orqanlarında əlaqədə şübhəli bilindiyi üçün Azərbaycanın Gürcüstandakı səfirinin müavini vəzifəsindən geri çağırılıb, bu barədə Anews.az-a məlumat adının anonim saxlanmasını arzu edən mənbədən daxıl olub. 


"Keçmiş baş prokuror Zakir Qaralovun qardaşı Hamlet Qaralov Ermənistan xüsusi xidmət orqanlarında əlaqədə olduğu üçün vaxtilə Azərbaycanın Güsrücstandakı səfirliyində tutduğu vəzifədən uzaqlaşdırılıb. Amma hazırda XİN-də konsulluq idarəsinin rəis müavini vəzifəsində çalışır", -  deyə mənbə bildirib. 


Mənbənin bildirdiyinə görə, işin ört-basdır edilməsində Hamlet Qaralovun o zamanlar  baş prokuror çalışmış qardaşı Zakir Qaralovun xüsusi xidməti olub. Azərbaycanın torpaqlarının 20%-nin düşmən əlində olduğu bir şəraitdə Ermənistan  xüsusi xidmət orqanları ilə əlaqədə olan birisinin XİN-də məsul vəzifə tutması bir qədər sual doğurur. 


Məsələ ilə bağlı XİN və Hamlet Qaralovun özündən hələlik münasibət ala bilməmişik. Onların mövqeyini verməyə hazırıq.


Xatırladaq ki, bir gün Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralovun Gürcüstan vətəndaşı olan digər qardaşı Tahir Qaralov haqqında Gürcüstanda cinayət işi qaldırılması ilə bağlı xəbər yayılmışdı.Həmin xəbərə görə, ona  bu ölkədə cinayət işi açılıb. 


Belə ki, Tahir Qaralova Emil Ocaqquliyevin şikayəti əsasında Gürcüstan Cinayət Məcəlləsinin 151-ci (hədələmə)  maddəsi ilə 007200520004 saylı cinayət işi başlanıb.


Cinayət işinin istintaqı Tiflisin Vake-Saburtalo rayonunun Kriminal Polis İdarəsinin 7-ci bölməsində aparılır. 




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol