Azərbaycan Ordusunun əsgəri özünü güllələyib

Azərbaycan Ordusu daha bir əsgərini itirib.APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin qərb bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri Xəlilov Orxan Lazım oğlu tabeliyindəki xidməti silahından açılan atəş nəticəsində dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Baş vermiş hadisə ilə bağlı hərbi prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























