Həftəsonu sərt karantin rejiminin tətbiqi ilə bağlı- RƏSMİ AÇIQLAMA

"İyunun 13, 14 və 15-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda növbəti sərt karantin qaydalarının tətbiq edilməsi barədə Baş nazir Əli Əsədovun adından yayılan məlumat həqiqətə uyğun deyil”.
Bunu Trend-ə açıqlamasında Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
"Baş nazirin 4 iyun 2020-ci il tarixli müraciətində bu barədə heç bir açıqlama yoxdur”.
Xatırladaq ki, bəzi saytlarda Baş nazir Əli Əsədovun adından məlumatlar yayılıb. Bildirilir ki, guya ölkədə koronavirus infeksiyası kəskin yayıldığı üçün iyunun 13, 14 və 15-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda növbəti sərt karantin qaydaları tətbiq ediləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























