• $
  • €
  • ₽
  • ₺
  • £

Sərt karantin günlərində təcili tibbi yardıma müraciətlərin sayı açıqlandı- STATİSTİKA

Sərt karantin günlərində təcili tibbi yardıma müraciətlərin sayı açıqlandı- STATİSTİKA
08.06.2020 13:25
Son 2 gün ərzində, həftəsonu qadağaların olduğu müddətdə təcili tibbi yardıma çağırışların və hospitalizasiyaların sayı artıb.

Bunu "Report”un sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva deyib.

O bildirib ki, sutka ərzində paytaxtda 2 500-ə qədər çağırış icra edilib:

"Arterial təzyiq, nevrotik vəziyət, nefroloji xəstələrin daşınması və somatik müraciətlər üstünlük təşkil edib”.
TƏBİB rəsmisi eyni zamanda, təcili yardım briqadasının çağırışlara gec gəlməsi ilə bağlı səsləndirilən iradlara da münasibət bildirib:
"Qapanma ilə bağlı insanları əvvəlcədən məlumatlandırmışdıq ki, apteklər fəaliyyət göstərməyəcək. Müəyyən dərmanlar alınıb evdə saxlanmalı idi. Lakin müşahidə etdiyim o oldu ki, çağırışların sayı həddindən artıq artmışdı. Bu da haqlı ləngimələrə səbəb olurdu. Adi ağrıkəsinin vurulması üçün belə təcili yardım çağırılıb. Bütün bunları nəzərə alaraq, ləngimələrin olduğunu təkzib eləmirik. Bundan başqa, fərdi nəqliyyat vasitəsi olmayan dializ xəstələrinin də xəstəxanalara aparılıb-gətirilməsi üçün ambulanslardan əlavə nəqliyyat təşkil olunub. Ümid edirik ki, növbəti mərhələdə vətəndaşlar daha yaxşı hazırlaşmış olacaq və süni tıxac yaratmayacaqlar. Əgər növbəti qapanmalar olsa, insanlar həmin günlərdə necə davranmaq lazım olması ilə bağlı maarifləndiriləcək. Daha ciddi xəstələr var və belə vəziyyətdə onlar üçün gecikmələr yaranır”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol