• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın bu kəndində kranlardan dəniz suyu gəlir

Azərbaycanın bu kəndində kranlardan dəniz suyu gəlir
08.06.2020 14:46
Bir necə gündür Neftçala rayonunda Xəzər dənizi suyunun  Kür çayına qarışması nəticəsində bir sıra yaşayış masssivlərində içməli su problem yaranıb, bu barədə Anews.az-a  "Ekoloji Marifçilərə Yardım "ictimai birliyiin sədri Tanrıverdi Hüseynov məlumat verib.
 
"Artıq 6 gündür bu problem var. Neftçala icra hakimiyyəti tərəfindən bu problemin həll olunmasında operativ qərargah yaradılıb. Üç gündür iş gedir.  "Azərsu"nun Lənkəran bölməsi maşınlarla sakinlərə içməli su paylayır.  Lakin bu su çimmək, paltar yumaq və digər səbəblərə istifadə etmək üçün yetərli deyil. Ona görə bu problem həllini tapmaq üçün gecikib", - deyə Tanrıverdi Hüseynov bildirib. 
 

"Azərsu"ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı Anews.az-a açıqlamasında problemin olduğunu təsdiqləyərək bildirib ki, dənizin suyu Kürün suyuna qarışdığından suyu əhaliyə vermək mümkün deyil.

"Odur ki, Neftçala rayonununda rayon mərkəzi daxil olmaqla yeddi kəndin içməli suya olan tələbatını ödəmək üçün yeddi su maşını ayrılıb. Prosesə rayon İcra Hakimiyyəti və Mənzil kommunal təsərrüfat birliyi də cəlb olunub. Su duzlu olduğu üçün əhalinin içməli suya tələbatı su maşınları ilə ödənilir", eyə  "Azərsu" rəsmisi vurğulayb.

A.Cəbrayıllı içməli su probleminin Neftçala rayonunun özündə də yarandığını söyləyib. O, sakinlərin içməli su qıtlığı yaşamadığını, suyun daşınmasının hazırda davam etdiyini qeyd edib. 
 
Gülnar Nazimqızı
 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol