• $
  • €
  • ₽
  • ₺
  • £

2 milyonluq korrupsiya cinayəti ifşa edilib

2 milyonluq korrupsiya cinayəti ifşa edilib
08.06.2020 17:04
Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin (ƏSMM) bir qrup vəzifəli şəxslərinin cinayət əməllərinə görə 6 may 2013-cü il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Baş Prokurorluqdan "Qafqazinfo”ya verilən məlumata görə, aparılmış istintaqla Ağdaş rayon ƏSMM-nin sabiq direktoru Vahid Seyfəlovun, mühasibat uçotu sektorunun sabiq müdiri Müşviq Baxışov, "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin Ağdaş rayon poçt filialının sabiq şöbə rəisləri Adil Həsənov və Əslan Lətifovla qabaqcadan əlbir olaraq, Ağdaş rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsi Müstəqim Məmmədov və rayon peşə məktəbinin sabiq baş mühasibi Yaşar Həsənov tərəfindən hazırlanmış yaşayış yeri və təhsil haqqında saxta arayışlar əsasında 1 yanvar 2006-cı il tarixdən 10 iyun 2007-ci il tarixədək olan müddətdə sosial müdafiə mərkəzinin səlahiyyət dairəsində yaşamayan, uydurulmuş, eləcə də yaşayan şəxslərin adından özlərinin məlumatı olmadan sosial müavinətin təyin edilməsi haqqında saxta müraciət ərizələri və qərarlar, ödəniş tapşırıqları və şəxsi hesab kartları hazırlamaqla müxtəlif növlərdə saxta sosial müavinət işləri açaraq həmin müavinət işləri üzrə pul vəsaitlərini mənimsəmələri faktları müyyən edilib.

Həmin vəzifəli şəxslərin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib və məhkəmə tərəfindən təqsirləndirilən şəxslərin barəsində müvafiq ittiham hökmləri çıxarılıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol