İki nazirlik birgə müraciət yayıb

Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı nazirlikləri əhaliyə müraciət edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Qafqazinfo”ya verilən məlumata görə, hər il dünyanın müxtəlif bölgələrində baş verən meşə yanğınları minlərlə hektar meşə sahəsinin, yaşıllığın məhvi ilə nəticələnir, meşə zolaqları yanaraq külə dönür. Azərbaycan da digər ölkələr kimi meşə yanğınlarından sığortalanmayıb:
Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı nazirlikləri yanğın hadisələrinin baş verməməsi üçün fermerlərə, bələdiyyə və icra orqanları nümayəndələrinə, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara, ümumilikdə bütün əhaliyə müraciət ünvanlayıb: "Fermerlərə, bələdiyyələrə, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara, vətəndaşlara müraciət edirik ki, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, odla ehtiyatlı davransınlar, söndürülməmiş kibriti, siqaret kötüklərini ətrafa atmasınlar, biçindən sonra sahələrə od vurmasınlar, kövşənləri yandırmasınlar. Çünki cüzi ehtiyatsızlıq qarşısıalınmaz meşə yanğınlarına səbəb olar, meşə sahələrinin, flora və faunanın məhvi ilə nəticələnər.
Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı nazirlikləri belə halların baş verməməsi üçün fermer təsərrüfatları, bələdiyyələr və kənd əhalisi ilə yanğın təhlükəsizliyi qaydalarına riayət olunması üçün maarifləndirmə işlərinə başlayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























