“Sən də, ərin də dovşansız” deyən polis işdən çıxarıldı - RƏSMi

İyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Anews.az-a bildirilib ki, bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib:
Bundan sonra DİN rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilib”.
Xatırladaq ki, iyunun 7-də Çevik Polis Alayı Yasamal rayonunda sərt karantin qaydalarını pozan vətəndaşların yaşadığı binada əməliyyat keçirib. Bu zaman polis əməkdaşlarından biri qayda pozan vətəndaşın xanımına "ərin də dovşandır, sən də dovşansan!” deyərək, onu aşağılayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























