• $
  • €
  • ₽
  • ₺
  • £

Vətəndaşa ikinci ay 190 manat verilməyib - ŞİKAYƏTƏ CAVAB

Vətəndaşa ikinci ay 190 manat verilməyib - ŞİKAYƏTƏ CAVAB
10.06.2020 09:03
Bir qism Gədəbəy rayon sakinlərinə Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tərəfindən koronavirus pandemiyası ilə bağlı verilən 190 manatlıq müavinat ancaq bir ay üçün ödənilib, bunu, Gədəbəy rayon sakini Elvin Məmmədov Anews.az-ın elektron poçtuna göndərdiyi şikayət məktubunda bildirib. 
 
"İşsiz və işini koronavirusla mübarizə tədbirləri nəticəsində itirmiş şəxslər üçün nəzərdə tutulan 190 manatlıq birdəfəlik yardımı ilk ay üçün özüm və həyat yoldaşım aldıq. İkinci ay isə vermədilər", deyə şikayətçi söyləyib.

Onun sözlərinə görə, ilk ay üçün 190 manatı alsa da  ikinci ay bu yardımdan kənarda qalıb. "Koronovirus bağlı ölkədə karantin elan edildikdən sonra, ölkə rəhbəriliyinin göstərişi ilə işsiz şəxslərə aylıq 190 manat verilməsi qərarı qəbul olundu. Mən də işsiz və aztəmiantlı ailə üzvü olduğuma görə, 190 manat üçün özümü və həyat yoldaşımı e-sosial.az saytından qeydiyyatdan keçirdim. Mobil nömrəyə daxil olmuş SMS əsasında hər ikimiz ilk ay üçün 190 manatı poçtdan aldıq. İkinci ay 190 manatın kart vasitəsilə ödənəcəyi  bildirilsə də, bizə kart verilmədi. Bununla bağlı Gədəbəy rayon Məşğulluq Mərkəzinə yaxınlaşdım. Mərkəzin Vüsal adlı əməkdaşı bildirdi ki, ilk ay özüm və həyt yoldaşım 190 manat aldığımıza görə, ikinci ay heç birimizə 190 manat düşmür", deyə Məmmədov vurğuladı. 
 
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin  İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov ilə əlaqə saxladıq.
F.Talıbov bildirdi ki, Nazirlər Kabinetinin qaydalarına görə, Koronovirus pandemiyasına görə verilən 190 manatı yardımı ailədə ər və arvaddan biri almalıdır. Aprel ayı üçün həmin şəxslərin müraciət tarixləri eyni olduğuna və hər ikisi (ər və arvad) aprel ayının ödənişini aldığına görə, onlara may ayı üçün 190 manatın verilməsi  blok edilib və bu təmamilə qanunauyğundur.
 
Zaur Qənbərov

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol